...

Baş məşqçisindən Ronaldoya qadağa

İdman Materials 17 İyun 2024 16:37 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines Kriştiano Ronaldoya qadağa qoyub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, dostları onunla eyni oteldə qala bilməz.

Əvvəlki turnirlərdə dostları Kriştianonun yanında olur, portuqaliyalı ulduza dəstək verirdilər. Hətta onlara xüsusi otaqlar da ayrılıb. Amma bu dəfə vəziyyət dəyişib. Baş məşqçi futbolçunun və komanda yoldaşlarının oyunlara yüksək konsentrasiya olması üçün Ronaldonun güzəştlərinin aradan qaldırılmasını istəyib.

Qeyd edək ki, Portuqaliya F qrupunda Çexiya, Türkiyə və Gürcüstanla yarışacaq. Komanda ilk oyununu sabah çexlərə qarşı keçiriəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti