...

İsveçrəli futbolçu Cerdan Şakiri ardıcıl 6-cı böyük turnirdə fərqlənə bilib

İdman Materials 20 İyun 2024 06:21 (UTC +04:00)
İsveçrəli futbolçu Cerdan Şakiri ardıcıl 6-cı böyük turnirdə fərqlənə bilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrəli futbolçu Cerdan Şakiri unikal göstəriciyə imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, ardıcıl 6-cı böyük turnirdə fərqlənən ilk futbolçu olub.

AVRO-2024-ün 2-ci turunda Şakiri İsveçrə yığmasının heyətində Şotlandiyanın qapısına yol tapıb. Bu onun böyük turnirlərdə 10-cu qolu olub. Cerdan iştirak etdiyi dalbadal 6-cı dəfə iştirak etdiyi dünya və Avropa çempionatlarında fərqlənən ilk futbolçu kimi tarixə düşüb (DÇ-2014, AVRO-2016, DÇ-2018, AVRO-2020, DÇ-2022 və AVRO-2024).

Qeyd edək ki, İsveçrə millisi 2 oyunda 4 xal toplayıb. Komanda son turda Almaniya ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti