...

Çempionluq mübarizəsi onlar arasında gedəcək - Vadim Vasilyev

İdman Materials 22 İyun 2024 17:17 (UTC +04:00)
Çempionluq mübarizəsi onlar arasında gedəcək - Vadim Vasilyev

Bakı. Trend:

Müalicəmi davam etdirirəm. Fizioterapeyaya yenidən gedirəm.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, səhhəti hazırda əvvəlki aylara nisbətən yaxşıdır: “Vəziyyətim normaldır”.

O, AVRO-2024-də azarkeşi olduğu komandanın da adını açıqlayıb: Vasilyev uşaqlıqdan İtalyanın fanatı olduğu deyib: “Bu komandanı çox bəyənirəm. Ulduz futbolçulara malik yığma idi. Amma bu dəfə çox yaxşı oynamırlar. Fikrimcə, çempionluq mübarizəsi Fransa və Almaniya arasında gedəcək. Ev sahibləri yaxşı təsir bağışlayırlar”.

Qeyd edək ki, ilk 2 görüşdə qələbə qazanan Almaniya artıq növbəti mərhələyə vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti