Bakı. Trend:
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyununa çıxacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ilk rəqibi “Kayzerslautern” olacaq.
Qurban Qurbanovun yetirmələri 2-ci Bundesliqada mübarizə aparan rəqiblə “Velly Arena İmst”də üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Qeyd edək ki, bu gün daha bir oyuna çıxacaq “Qarabağ” Plzen “Viktoriya”sı ilə qarşılacaq.
Yoxlama oyunu
9 iyul
14:30. “Kayzerslautern” – “Qarabağ”
“Velly Arena İmst”