...

“Neftçi”nin məşqçisi döyülüb, “Zirə” cəzalanıb

İdman Materials 16 İyul 2024 18:16 (UTC +04:00)

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsi U-16 Liqasında keçirilən "Zirə" - "Neftçi" oyununda baş verən qalmaqala münasibət bildirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

"Neftçi" məşqçisi İsmayıl Məmmədov hakimin qərarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb. "Zirə" azarkeşləri tərəfindən ona fiziki təzyiq göstərilib.

Buna görə "Zirə" növbəti 5 ev oyunu azarkeşsiz keçirəcək. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq qəsəbə klubu 500 manat cərimələnib.

Xəbər lenti

Xəbər lenti