...

Azərbaycan atleti 7-ci pillədə

İdman Materials 21 İyul 2024 23:24 (UTC +04:00)
Azərbaycan atleti 7-ci pillədə

Bakı. Trend:

Dünyanın ən güclü çəkicatanlarının reytinq siyahısı açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anna Skidan 7-ci pillədə yer alıb.

Təmsilçimizin hesabında 1280 bal var. Cədvələ kanadalı Kamrin Rocers başçılıq edir. Növbəti pillələrdə amerikalı atletlər - Canni Kasanavoid və Deanna Prays qərarlaşıblar.

Qeyd edək ki, Anna ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti