...

Millilərimizin rəqibləri müəyyənləşib

İdman Materials 26 İyul 2024 10:27 (UTC +04:00)

Bakı. Trend:

Basketbol üzrə Avropa çempionatının C divizionunda mübarizə aparan Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, qrup mərhələsində qələbələri sıralayan yığmalarımız yarımfinal görüşlərinə sabah çıxacaq.

Qızlardan ibarət millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışda Kiprlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İkinci finalçı Kosovo ilə Albaniyanın duelində müəyyənləşəcək.

Oğlanlardan ibarət millimiz yarımfinalda turnirin ev sahibi Albaniya ilə üz-üzə gələcək. Elbasan şəhərindəki qarşılaşma saat 20:00-da başlayacaq. Digər yarımfinalda Lüksemburqla Ermənistan görüşəcək.

Qeyd edək ki, hər iki turnirin həlledici matçları iyulun 28-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti