...

Stadnikin final yolunda ən çətin rəqibi məhz odur - Eldəniz Əzizli

İdman Materials 6 Avqust 2024 12:21 (UTC +04:00)
Stadnikin final yolunda ən çətin rəqibi məhz odur - Eldəniz Əzizli

Bakı. Trend:

Murad Məmmədov gözləntilərin tam əksini etdi. Onun medal qazanacağına çox ümid bəsləyirdim.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

3 qat dünya çempionu Murad Məmmədov (60 kq) və Sabah Şəriyətinin (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını dəyərləndirib: “Muradın qrupunu gördükdən sonra düşünürdüm ki, rahat şəkildə finala çıxa bilər. Amma bu, idmandır. Burda məğlubiyyət də olur. Normal qarşılamaq lazımdır. Elə idmanın gözəlliyi hər şeyin gözlədiyin kimi olmamasıdır. Sabah Şəriətiyə gəldikcə, yaxşı çıxış edir. İlk qalib gəldiyi idmançı çox titullu idi. İkinci görüşdə Asiya çempionunu məğlub etdi. Ardınca isə 4 qat olimpiya çempionu Mixain Lopesə uduzdu. Kubalı çox təcrübəlidir. O özü deyir ki, istəməsəm, heç kim məni uda bilməz. Bu işləməklə, məşq ilə olan bir şey deyil. Ona Allah tərəfindən verilən vergidir. Məğlubiyyətə baxmayaraq, Sabahın çıxışını yaxşı dəyərləndirirəm. 3-cü yer uğrunda İran idmançısına qarşı güləşmək çətin olacaq. Amma Şəriəti onunla bacara bilər. Güləşçimiz dözməlidir”.

Əzizli bu gün mübarizəyə başlayacaq Sənan Süleymanov (77 kq) və Mariya Stadnikdən (50 kq) də gözləntilərini açıqlayıb: “Sənanın qrupu o qədər də asan deyil. İlk rəqibi Ermənistan əsilli Bolqarıstan idmançısı dünya üçüncüsüdür. Yaxşı rəqibdir. Amma Sənan ona dəfələrlə qalib gəlib. Bu dəfə də bunu bacaracağına inanıram. İkinci görüşündə isə rəqibi Zoltan Levai (Macarıstan) və Burhan Akbudak (Türkiyə) cütünün qalibi olacaq. O da çətin qarşılaşma olacaq. Amma ümid edirəm ki, Sənan da yaxşı güləşəcək. Mariyanın isə ilk görüşü asan keçəcək, 2-ci qarşılaşmada çətinlik çəkə bilər. Orda ehtimal rəqib monqolustanlı Otqonjarqal Dolqorjav olacaq. O da çox yaxşı güləşçidir. Mariyanın final yolunda ən çətin rəqibi məhz odur”.

Qeyd edək ki, Süleymanov ilk görüşdə bolqarıstanlı Aik Mnatsakanyan, Mariya Stadnik isə Anastasiya Blayvas ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti