...

Tyerri Anri Fransa millisinin baş məşqçi postunu tərk edib

İdman Materials 19 Avqust 2024 21:18 (UTC +04:00)

Bakı. Trend:

Keçmiş hücumçu Tyerri Anri 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçi postunu tərk edib.

Trend xəbər verir ki, 47 yaşlı mütəxəssis şəxsi səbəblərə görə bu addımı atdığını bildirib.

Onun rəhbərlik etdiyi komanda “Paris-2024” Yay Olimpiya Oyunlarında İspaniya seçməsinə 3:5 hesabı ilə uduzaraq gümüş medala yiyələnib. Bu mükafatın karyerasının ən böyük nailiyyətlərdən biri olduğunu vurğulayan T.Anri bu təcrübəyə görə federasiyaya, oyunçulara və azarkeşlərə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti