Bakı. Trend:
Dünyaca məşhur səyyahlar səyyahlar Qazaxıstandan Azərbaycana üzərək gəliblər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Karl Buşbi və Anjela Maksvel Xəzər dənizini keçərək ölkəmizə keçiblər.
Onlar 41 gün müddətində onlar Xəzər dənizini sərhəddən-sərhədə üzməklə ilkə imza atıblar. Hər iki səyyah Azərbaycana çatmaq üçün 186 mil (300 kilometr) məsafə qət edib.
Dəniz səyahəti zamanı iki gənc üzgüçümüz, 15 qat respublika çempionları Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov səyyahlarla birgə üzüblər.
Səyyahları Bakıda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri qarşılayıblar.
Qeyd edək ki, səyahət Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub.