Bakı. Trend:
Kenan Yıldız Çempionlar Liqasının 2024/2025 mövsümündə Liqa mərhələsinin ilk qolunun müəllifi olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Yuventus"un gənc ulduzu PSV ilə matçda hesabı açıb.
Türkiyəli hücumçu qarşılaşmanın 21-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, Turin klubu 1-ci hissədən sonra 2:0 hesabı ilə qalib gəlir.