...

“Arsenal”ın futbolçusu karyerasını bitirə bilər

İdman Materials 28 Sentyabr 2024 19:30 (UTC +04:00)

Bakı. Trend:

“Arsenal”ın futbolçusu Jorjinyo karyerasını bitirmək barədə düşünür.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi 32 yaşında oyunçu karyerasına son qoymaq variantını nəzərdən keçirir.

Cari mövsüm onun karyerasında sonuncu ola bilər. Jorjinyo 2025-ci ilin yayında başa çatacaq müqaviləsi bitdikdən sonra yekun qərarını verəcək.

Anlaşmanın sonradan bir il müddətinə uzadılma bəndi olsa da, Jorjinyo məşqçiliyə başlamaq arzusundadır. O, “Arsenal”da qalmaq və Mikel Artetanın köməkçisi olmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti