Bakı. Trend:
Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun təşkilatçılığı ilə keçirilən bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku”u ikinci gününə davam edir.
Trend-in məlumatına görə, oktyabr ayının 3-dən 6-dək keçirilən yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparmaq imkanı əldə edəcəklər. Yarışda 10 ölkəni təmsil edəcək 37 klubdan 400 fərdi gimnast və 16 qrup komandası qüvvəsini sınayır.
Yarışda 2009-2018-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparırlar.