Bakı. Trend:
Macarıstanın Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan gimnastı Nikita Simonov uğurlu çıxışı ilə yadda qalıb.
Millimizin üzvü halqalarda çıxış zamanı yüksək nəticə göstərərək 1-ci yerin sahibi olub.
Qeyd edək ki, kuboka sabah yekun vurulacaq.