Bakı. Trend:
"Vest Hem"in braziliyalı futbolçusu Lukas Paketa məhkəmə qarşısına çıxacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, İngiltərə mətbuatı dinləmənin mart ayında olacağını bildirib.
Mərc oyunlarında günahlandırılan Paketanın ömürlük futboldan uzaqlaşdırılması gündəmə gəlib. İngiltərə Futbol Assosiasiyası (FIA) feyr-pley qaydalarını pozduğuna görə futbolçunun ciddi cəzlandırılmasının tərəfdarıdır.
Qeyd edək ki, Lukasın 60-a yaxın tanışı onun sarı vərəqə almasına pul qoyuluşu edib və 100 min funtdan çox qazanc əldə edib. Paketi isə bütün ittihamları rədd edib.