Bakı. Trend:
Almaniya Bundesliqasında 13-cü turun daha beş qarşılaşması baş tutub.
Trend xəbər verir ki, turnirin favoritləri olan "Bavariya" və "Bayer" növbəti qələbələrini qazanıblar.
"Çempion" Leverkuzen təmsilçisi "Bayer" "Sankt Pauli"ni 2:1 hesabı ilə məğlub edib. Komandanın qollarına Virtz və Tah imza atıblar.
Digər oyunda "Bavariya" rəqibi "Haydenhaym"ın qapısından dörd top keçirərək inamlı qələbə qazanıb.