...

"Yuventus" Alman hücumçunu heyətinə qatmağa çalışır

İdman Materials 10 Dekabr 2024 07:09 (UTC +04:00)
"Yuventus" Alman hücumçunu heyətinə qatmağa çalışır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın "Yuventus" klubu, Almaniya millisinin hücumçusu Niklas Fülkruqu heyətinə qatmaq niyyətindədir.

Trend xəbər verir ki, "Sky Sport"un məlumatına əsasən, Turin təmsilçisi "Vest Hem"-in 31 yaşlı hücumçusunu icarə əsasında heyətinə daxil etməyi planlaşdırır.

Xatırladaq ki, Niklas Fülkruq bu yay "Borussiya Dortmund"-dan "Vest Hem"-ə keçib və İngiltərə klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

Karyerası ərzində "Verder", "Qroyter", "Nürnberq", və "Hannover" komandalarında da çıxış edən Fülkruq, həmçinin Almaniya milli komandasında da uğurlu çıxışları ilə tanınır.

Xəbər lenti

Xəbər lenti