Bakı. Trend:
"Antalyaspor" baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, braziliyalı mütəxəssisin komandası "Trabzonspor"a 0:5 hesabı ilə uduzduqları oyundan sonra klub rəhbərliyi bu qərara gəlib. De Souzanın gedişindən sonra onu əvəz edəcək namizədlərdən biri Murat Şahindir.
Qeyd edək ki, "Antalyaspor" Türkiyə Superliqasının turnir cədvəlində 21 xalla 13-cü yerdədir.