Bakı. Trend:
İngiltərənin "Arsenal" klubu İtaliya A Seriyası təmsilçisi "İnter"in hücumçusu Lautaro Martinesi transfer etmək niyyətindədir.
Trend xəbər verir ki, "Arsenal" yay transfer pəncərəsində 27 yaşlı argentinalı hücumçu üçün 120 milyon avrodan çox məbləğ xərcləmək istəyir.
İngiltərə klubu qış fasiləsində heç kimi heyətinə qata bilməyib.