...

Ağcabədidə kanalda batan yeniyetmənin meyiti tapıldı

Hadisə Materials 7 Fevral 2025 11:42 (UTC +04:00)
Ağcabədidə kanalda batan yeniyetmənin meyiti tapıldı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə kanalda batan 17 yaşlı yeniyetmənin meyiti tapılıb.

Trend-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, yeniyetmənin meyiti bu gün səhər saatlarında tapılıb.

Qeyd edək ki, Yuxarı Qarabağ Kanalının Ağcabədi rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində kənd sakini 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər kanalda batmasına dair əsaslı şübhələr var idi. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti