Bakı. Trend:
Azərbaycan İnvestisiya Holdinqinin tabeliyindəki “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təşkilati-hüquqi formasını dəyişir.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, MMC Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.
Qeyd edək ki, "Azəripək" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 703 379.17 manat olan şirkətin qanuni təmsilçisi Nəbiyev Səməd Məmməd oğludur.