...

Əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 7 Fevral 2025 13:12 (UTC +04:00)
Əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı XƏBƏRDARLIQ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

"Sinoptiklərin məlumatına əsasən hazırda müşahidə olunan küləkli havanın bir neçə gün davam edəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti