Bakı. Trend:
Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədər olan yeni avtomobil yolunun layihəsi açıqlanıb.
Trend xəbər verir ki, bu barədə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı keçirilən ictimai dinləmədə məlumat verib.
O bildirib ki, yol 4 hissədən ibarətdir:
1-ci hissə: “Ulduz” metrostansiyasından Keşlə bazarına kimi - 2
km
2-ci hissə: DTX akademiyasının ərazisi - 0.47 hektar
3-cü hissə: Keşlə bazarının qarşısındakı restoranın ərazisi
4-cü hissə: Əliyar Əliyev küçəsindən Akademik Həsən Əliyeb
küçəsinin başlanğıcına qədər (dairə daxili) - 730 metr.
Mirsalam Qənbərov əlavə edib ki, sözügedən yolun çəkiləcəyi ərazidə ümumilikdə 1 650 ağac, 491 kol və ting yerləşir.