...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 7 Fevral 2025 09:15 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti 6 fevralda əvvəlki göstərici ilə müqayisədə 0,12 ABŞ dolları və ya 0,15% artaraq 76,92 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,09% bahalaşaraq 75,66 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,36 dollar və ya 0,59% azalaraq 60,19 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,2 dollar və ya 0,26% artaraq 75,03 dollar/barel təşkil edib.

Fevralın 5-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti