Bakı. Trend:
Əmanətlərin Sığortalanması Fondu yarandığı tarixdən cari ilin yanvar ayının 1-dək ləğv prosesində olan 19 bank üzrə toplam 1,717,520,747 manat kompensasiya ödənişini həyata keçirib.
Bu barədə Trend Fonda istinadən xəbər verir.
Bildirilib ki, son 4 ildə 6 bank üzrə toplam 35020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897,581,697 manat kompensasiya ödənişi həyata keçirilib:
"Yaxın keçmişə nəzər salsaq, ölkəmizdə koronavirus pandemiyası səbəbilə sərt karantin rejiminin, habelə hərbi vəziyyətin tətbiq olunduğu 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş 4 bankın və növbəti illərdə isə daha 2 bankın ləğvedicisi təyin olunduqda uzaqgörən və uğurlu siyasət həyata keçirirək qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişini həyata keçirməklə fəaliyyət tarixində ilkə imza atıb.
Məhz 2020-ci ildən 2024-cü ilədək ləğv prosesində olan 6 bank üzrə toplam 35020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897,581,697 manat kompensasiya ödənişi həyata keçirilib".