Bakı. Trend:
ABŞ-nin Alyaska ştatında “Bering Air” hava yolları şirkətinə aid “Cessna Caravan” təyyarəsi radarlardan itib.
Trend-in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində doqquz sərnişin və bir pilot olub.
“Cessna Caravan” təyyarəsinin Unalaklitdən Nom şəhərinə uçduğu deyilir. Hazırda könüllülər və xilasetmə xidmətlərinin əməkdaşları bölgədə yerüstü axtarışlar aparır.
Əlverişsiz hava şəraiti ilə əlaqədar ərazidə görmənin məhdudlaşdığı bildirilir.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.