...

Rusiyada terror aktları planlaşdıran dörd qadın tutuldu

Dünya xəbərləri Materials 7 Fevral 2025 10:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 7-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sevastopol, Voronej və Rostov-na-Donuda terror planlaşdırmaqda şübhəli bilinən dörd qadını saxlayıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qadınlar ukraynalı xüsusi xidmət orqanları tərəfindən “verbovka” olunublar və yüksək vəzifəli rusiyalı hərbçilərə qarşı terror hücumları və ölkənin yanacaq-enerji kompleksinin obyektlərində təxribatlar törətməyi planlaşdırıblar.

Saxlanılanlardan birinin dindirilmə videosu artıq Rusiya mətbuatında yayılıb. Videoda Rostov-na-Donu şəhərində saxlanılmış şübhəli qadın məmurlardan birinə qarşı terakt hazırladığını etiraf edir. Məlumata əsasən o, kustar üsulla hazırlanacaq partlayıcı qurğu ilə məmurun avtomobilini partlatmaq istəyib.

İkinci saxlanılan qadın isə yerli ticarət mərəzlərinə partlayıcı qurğu yerləşdirmək göstərişi aldığını deyib. Məlumata əsasən, qadınları “verbovka” edənlər tapşırığın yerinə yetirilməsindən sonra onları Avropa ölkələrindən birinə yerləşdirməyi vəd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti