...

Enerjiyə artan tələbat infrastrukturla uyğunlaşdırılmalıdır - SOCAR rəsmisi

İqtisadiyyat Materials 7 Fevral 2025 10:13 (UTC +04:00)
Enerjiyə artan tələbat infrastrukturla uyğunlaşdırılmalıdır - SOCAR rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Biz hamımız enerjiyə artan tələbatdan danışırıq, ancaq başa düşməliyik ki, bu, infrastrukturla uyğunlaşdırılmalıdır.

Trend xəbər verir ki, bunu SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev IADC Drilling Caspian 2025 konfransı və sərgisinin ikinci günündə deyib.

O bildirib ki, burada çox yüksək bazada və yüksək tezlikdə yükləri götürmək qabiliyyətindən, enerji ixracı və qonşu ölkələri rahatlıqla təmin etmək üçün beynəlxalq və regional infrastrukturun mövcudluğundan söhbət gedir:

"Həmçinin, burada enerjinin saxlanmasını və onun rahat keçidini təmin edən texnologiyalarla uyğunlaşdırmaq bacarığı nəzərə alınmalıdır".

"COP29 zamanı SOCAR tərəfindən dəstəklənən davamlı innovasiya həm də 300-dən çox startapın dəvət olunduğu çox uğurlu və ya vacib sessiya idi. Əsasən, bu sessiya süni intellektin enerji sektoruna tətbiqinə həsr olunmuşdu. Bütün bu texnoloji həllərinin tətbiqi ətraf mühitə təsiri azaltmağa kömək edə bilər", - deyə E.Ağakişiyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti