...

Kreml Bakıda "Rus Evi"nin bağlanmasına təəssüflənir - Peskov

Siyasət Materials 7 Fevral 2025 14:40 (UTC +04:00)
Kreml Bakıda "Rus Evi"nin bağlanmasına təəssüflənir - Peskov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kreml Bakıda “Rus evinin” bağlanmasına təəssüflənir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bununla əlaqədar təəssüf edirik. Hesab edirik ki, bu, nizamlanması mümkün olacaq bir anlaşılmazlıqdır”, - deyə o bildirib.

Peskov əlavə edib ki, Rusiya tərəfi ənənəvi xoş münasibətləri rəhbər tutaraq mövcud situasiyanı Bakı ilə dialoq yolu ilə həll edəcək.

Xatırladaq ki, fevralın 6-da Azərbaycan Rusiya tərəfindən Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması haqda nota göndərib.

"Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir".

"Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Bununla Azərbaycan tərəfinin ölkəmizdə "Rus evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir", - deyə Azərbaycan XİN mətbuat katibi Ayxan Hacızadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti