...

SOCAR rəsmisi üfüqi qazmada strateji yanaşmanın əhəmiyyətindən danışıb

Energetika Materials 7 Fevral 2025 14:31 (UTC +04:00)
SOCAR rəsmisi üfüqi qazmada strateji yanaşmanın əhəmiyyətindən danışıb
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün mən üfüqi qazma sahəsində texnososial həllərə əsaslanmış strateji yanaşma təqdim edəcəyəm.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən IADC Drilling Caspian konfransında etdiyi çıxışda “SOCAR Upstream”in SƏTƏM prosesləri və prosedurları üzrə rəhbəri Hafiz Mirzağayev bildirib.

Mirzağayevin sözlərinə görə enerjiyə olan olan qlobal tələbat artmaqda davam edir və dekarbonizasiya ilə bağlı problemlərə baxmayaraq, enerji landşaftı daima dəyişir.

"Beynəlxalq Enerji Agentliyinin statistikasına görə, 2040-ci ilə kimi enerjiyə olan qlobal tələbat 5 faiz artacaq. Bununla yanaşı, qeyri-ənənəvi yataqların tədqiq edilməsi və əməliyyatların çətinliyinin artması neft-qaz sektoru üçün önəmli çağırışlara çevrilir.

Biz üç əsas çağırışlarla üzləşirik: təhlükəsizlik, dayanıqlılıq və səmərəlilik. Çətin və qeyri-sabit şəraitlərdə əməliyyat risklərinin idarəedilməsi həmçinin ekoloji standartlara riayyət innovativ həllərin tətbiqini tələb edir”, - deyə o bildirib.

O vurğulayıb ki, bu problemlərin həlli üçün SOCAR özündə üç komponenti birləşdirən ekoloji-texnoloji-sosial strategiya hazırlamaqdadır: təbiətə olan təsirlərin minimallaşdırılmasına yönəlmiş ekoloji aspekt, əməliyyatların optimallaşdırılması məqsədilə süni intellekt və Əşyaların İnterneti kimi qabaqcıl texnologiyalardan istifadə baxımında texnoloji aspekt və yerli icmaların cəlb olunmasını və uzunmüddətli əməkdaşlığa dəstəyə fokuslanmış sosial aspekt.

Mirzaağayev hasilat səmərəliliyinin artırılmasına vasitəçilik edən bir metod kimi üfüqi qazmanın vacibliyini vurğulayıb.

“Üfüqi qazma şaquli qazma ilə müqayisədə məhsuldarlığı 40 faiz artırır. Eyni zamanda, bu metod torpaqdan istifadəni 50 faiz azaldaraq, səthdə olan qurğuların sayını azaltmağa və hava şəraiti və əməliyyatlarla əlaqəli riskləri azaltmaqla dayanıqlığı artırmağa kömək edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, üfüqi qazma layla təmas sahəsini əhəmiyyətli dərəcədə genişləndirir ki, bu da karbohidrogenlərin çıxarılmasını yaxşılaşdırmağa və hasilatın ümumi səmərəliliyini artırmağa imkan verir. Belə texnologiyaların tətbiqi əməliyyat xərclərini azaltmağa və mürəkkəb şəraitdə işin səmərəliliyini yüksəltməyə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti