Bakı. Trend:
Braziliyanın San-Paulo şəhərində təyyarə avtomobil yolunda avtobusa çırpılıb.
Trend bu barədə Braziliya KİV-lərinə istinadən məlumat verir
Məlumata əsasən, hadisə San-Paulo şəhərinin qərbində yerləşən Barra Funda rayonunda baş verib. Kiçik mühərrikli “King Air F90” təyyarəsinin qəzaya uğraması nəticəsində azı 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Hadisəinin şahidləri pilotun qəza enişi etməyə çalışdığını, lakin yolun boş olmadığından avtobusa çırpıldığını və alışdığını bildirib. Hadisə yerinə yağınsöndürənlər və tibb işçiləri cəlb edilib.
Qəzanın səbəbləri araşdırılır.