...

"Mançester Yunayted"in həmsahibi Harri Keynin transferini istəyir

İdman Materials 7 Fevral 2025 21:14 (UTC +04:00)
"Mançester Yunayted"in həmsahibi Harri Keynin transferini istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted"in həmsahibi Cim Retkliff "Bavariya"nın ulduz hücumçusu Harri Keynin transferini arzulayır.

Trend xəbər verir ki, 31 yaşlı forvard yenidən İngiltərə Premyer Liqasına qayıda bilər. Məlumata görə, Retkliff Keynin böyük pərəstişkarıdır və onun "Mançester Yunayted"ə keçidini görmək istəyir.

Harri Keynin Münhen klubu ilə müqaviləsində 2026-cı ilin qışında 65 milyon avroluq sərbəst qalma maddəsinin aktiv olacağı bildirilir. Hazırkı müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, Keyn 2023-cü ilin yayında "Bavariya"ya transfer olunub. O, komandanın heyətində keçirdiyi 72 oyunda 70 qol vurub və 22 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti