...

“Fənərbağça” İstanbulda Belçika klubunu darmadağın edib - Avropa Liqası

İdman Materials 14 Fevral 2025 00:16 (UTC +04:00)

Bakı. Trend:

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları davam edir.

Trend xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Belçikanın “Anderlext” klubunu qəbul edib. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Duşan Tadiç, Edin Ceko və Yussuf En-Nesiri vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 20-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti