Bakı. Trend:
Azərbaycan Premyer Liqası növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq.
Trend xəbər verir ki, bununla bağlı qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.
Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatının müzakirəsi zamanı qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun.
III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.
Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.