Bakı. Trend:
Sumqayıtda keçirilən stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat verib.
Yarışda Sumqayıt idmançıları ilə yanaşı, Bakı, Şəki, Salyan, Şirvan və Şabrandan olan 80-ə yaxın tennisçi iştirak edib. 2014-cü il və ondan kiçik təvəllüdlü idmançıların mübarizə apardığı turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib olub. Cəfər Almədədli ikinci, Həsrət Kamilov isə üçüncü yeri tutub.
Qızların yarışında isə Banu İmanverdizadə çempion adına layiq görülüb. Nailə Nəzirova ikinci, Mehri Aslanzadə isə üçüncü yeri tutub.
Turnirin sonunda fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.