Bakı. Trend:
Münhen klubunun iki müdafiəçisi milli komanda düşərgəsində zədələnib.
Trend xəbər verir ki, Fransa yığmasının üzvü Deotşankül Upamekano dizindən xəsarət alıb və bir neçə həftə meydanlardan uzaq qalacaq.
Kanada millisində zədələnən Alfonso Devis isə xaçvarı bağlarından xəsarət alıb.
Qeyd edək ki, 26 oyunda 62 xal toplayan "Bavariya" hazırda Almaniya Bundesliqasının lideridir.