Bakı. Trend:
Cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Trend xəbər verir ki, siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib.
Ölkəmizin ən yaxşısı "Qarabağ"dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 64-cü sıradadır. Təmsilçimizin xal hesabı və mövqeyi dəyişməz qalıb.
Beş pillə geriləyən "Neftçi" 19 xalla 259-cudur. 4 xal az toplayan "Sabah" 278-ci pilləni qoruyub. 6 addım irəliləyən "Zirə" isə 14 xalla 280-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2632 xala malik "Real" başçılıq edir.