Bakı. Trend:
Bu ilin fevral ayı ərzində Real Vaxt Rejimində Hesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi 42,1 milyard manatı, sayı isə 169 mini ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 30,9 milyard manat və ya 42,3%, sayında isə 7,4 min vahid və ya 4,2% azalma qeydə alınıb.
Belə ki, 2024-cü ilin fevralında ölkədə AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi 72,9 milyard manatı, sayı isə 176,4 mini ötmüşdü.
Bundan başqa, 2025-ci ilin fevral ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi 96 milyon manat, sayı isə 72,4 min ədədə bərabər olub.
2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmində 23,6 milyon manat və ya 32,6% artım, sayında isə 16,6 min vahid və ya 29,7% artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin fevral ayında ölkədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 72,1 milyon manat, sayı isə 55,8 min ədədə bərabər olub.