Bakı. Trend:
Bu gün Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
Trend xəbər verir ki, İngiltərə premyer liqasının 28-ci turunun son oyununda "Bornmut və "Fulhem" qarşılaşacaqlar.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İtaliya A Seriyasında "Napoli" klubu "Empoli" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səsləndiriləcək.
İspaniya La Liqasında "Atletiko Madrid" klubu "Real Valyadolid"i qəbil edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.