Bakı. Trend:
İngiltərənin “Mançester Siti” futbol klubu 23 yaşlı müdafiəçi Rayan Ait-Nurinin transferini rəsmiləşdirib.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.
Məlumata əsasən, futbolçunun keçidi üçün “Vulverhempton”a 40 milyon avro ödənilib. Müvafiq tibbi müayinədən uğurla keçən Ait-Nuri bu gün “şəhərlilər”lə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan Rayan Ait-Nuri geridə qalan mövsümdə bütün turnirlər üzrə 41 oyuna çıxaraq 4 qol vurub, 7 məhsuldar ötürmə edib.