Bakı. Trend:
3 avqust tarixində Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən açıq Sumqayıt şəhər birinciliyi uğurla başa çatıb.
Trend xəbər verir ki, yarışda Abşeron-Xızı regionunu təmsil edən Abşeron OİK, Sumqayıt OİK və “Ocaq Sport” Klubunun Xırdalan bölməsindən ümumilikdə 30 gimnast iştirak edib.
Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə çoxnövçülük proqramında çıxış ediblər. Təsnifat mərhələsində fərqlənən idmançılar medal və diplomla mükafatlandırılıblar.
Kiçiklər yaş kateqoriyası üzrə:
2018-ci il təvəllüdlülər: I və II yerlər - Sumqayıt OİK, III yer
- Abşeron OİK;
2019-cu il təvəllüdlülər: I, II və III yerlər - “Ocaq Sport”
Klubunun Xırdalan bölməsi
Balacalar yaş kateqoriyası üzrə:
2015-2017-ci il təvəllüdlülər: I yer - Sumqayıt OİK, II yer -“Ocaq Sport” Klubunun Xırdalan bölməsi, III yer - Abşeron OİK
Yeniyetmələr yaş kateqoriyası üzrə:
2012-ci il təvəllüdlülər: I və II yerlər - Abşeron OİK, III yer
- Sumqayıt OİK
2013-2014-cü il təvəllüdlülər: I və II yerlər - Abşeron OİK, III
yer - Sumqayıt OİK
Gənclər yaş kateqoriyası üzrə:
2010-2011-ci il təvəllüdlülər: I yer - Abşeron OİK, II və III yerlər - Sumqayıt OİK
Yarış boyunca gimnastlar yüksək motivasiya və estetik çıxışları ilə seçiliblər.