...

Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı

İdman Materials 2 Dekabr 2025 15:28 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Auqsburq" Sandro Vaqnerlə yollarını ayırıb.

38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Sandro Vaqner mövsümün əvvəlində "Auqsburq"un baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Bundesliqada 12 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti