...

"Napoli" "Qarabağ"ın legionerini almaq istəyir

İdman Materials 2 Dekabr 2025 16:20 (UTC +04:00)
"Napoli" "Qarabağ"ın legionerini almaq istəyir

Bakı. Trend:

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropa klublarının diqqətini cəlb edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı polşalı futbolçunun Çempionlar Liqasındakı performansından sonra “Borussiya”(Dortmund) və “Benfika” ilə yanaşı, "Napoli" də maraqlanmağa başlayıb.

Ağdam klubunun qarşıdan gələn qış transfer pəncərəsində polşalı futbolçunu saxlaya bilib-bilməyəcəyi hələlik məlum deyil.

Koxalskinin “Qarabağ"la müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir.

Lakin klub onun müqavilə müddətini bir il artırmaq hüququna da sahibdir.

Xəbər lenti

Xəbər lenti