...

"İnter" və "Milan" Fransa millisinin hücumçusu ilə maraqlanır

İdman Materials 2 Dekabr 2025 17:58 (UTC +04:00)
"İnter" və "Milan" Fransa millisinin hücumçusu ilə maraqlanır

Bakı. Trend:

Fransa millisinin və "Kristal Pelas"ın forvardı Jan-Filipp Mateta İtaliyaya yollanmağa yaxındır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "İnter" və "Milan" hücumçunu istəyir.

Milan təmsilçiləri fransız üçün mübarizə aparır. Onun "Kristal Pelas"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Mateta bu mövsüm bütün turnirlərdə 22 matçda 9 qol vurub və 2 asist edib.

Qeyd edək ki, Mateta Fransa millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsinin Bakıda Azərbaycana qarşı (1:3) keçirilmiş görüşündə komandasının qollarından birini vurub.

Xəbər lenti

Xəbər lenti