...

“Ayaks”ın yarımçıq qalan oyunu başa çatdı

İdman Materials 2 Dekabr 2025 19:43 (UTC +04:00)

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibi olan “Ayaks”ın Niderland çempionatındakı “Qroningen”lə yarımçıq qalan ev matçı yekunlaşıb.

Trend xəbər verir ki, bazar günü azarkeşlərin atəşfəşanlıq şousu səbəbindən 5-ci dəqiqədə dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib. Matç Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tamaşaçısız keçirilən matçda “Ayaks”ın qollarını Qodts və Bouvman vurublar. Oyunun maraqlı məqamı tribunaya təkcə bir nəfərin azarkeş qismində çıxış etməsinə icazə verilməsi olub. Belə ki, stadiona yalnız ağır onkoloji xəstəlikdən əziyyət çəkən Piter adlı azarkeş buraxılıb.

Qeyd edək ki, statistik üstünlük “Qroningen”də olsa da, qələbəni meydan sahibləri qazanıb. Bu nəticədən sonra “Ayaks” turnir cədvəlində 5-ci pilləyə yüksəlib və liderdən 14 xal geri qalır.

Xatırladaq ki, ÇL-in 6-cı turunun “Qarabağ” - “Ayaks” matçı dekabrın 10-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.

Xəbər lenti

Xəbər lenti