...

"Real"ın müdafiəçisi zədələndi - 3 həftə oynamayacaq

İdman Materials 2 Dekabr 2025 20:43 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa nəhəginin müdafiəçisi Ferlan Mendi sıradan çıxıb.

Fransalı futbolçu sağ ayaq əzələsindən zədə alıb. 30 yaşlı sol cinah müdafiəçisinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real" Ferlan Mendini 2019-cu ilin yayında "Lion"dan 48 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti