Bakı. Trend:
Red Bull komandasının 2026-cı il mövsümü üçün ikinci pilotu müəyyənləşib.
Trend xəbər verir ki, Ayzek Həcər Red Bull-un bolidini sürəcək və gələn il Maks Ferstappenin komanda yoldaşı olacaq.
Reysinq Bulls komandasının 2026-cı il üzrə iki pilotu isə Liam Lauson və Arvid Lindblad olacaq.
Qeyd edək ki, 21 yaşlı Ayzek Həcər cari mövsümdə Reysinq Bulls komandasının tərkibində çıxış edib. Mövsümün başa çatmasına isə cəmi bir yarış qalıb.
