Bakı. Trend:
İspaniya La Liqasının 19-cu turu çərçivəsində keçirilən Barselona – Atletiko Madrid oyunu katalon klubunun qələbəsi ilə başa çatıb - 3:1.
Trend xəbər verir ki, Barselonanın qollarını Rafinya, Olmo və Ferran Torres vurub. Madrid təmsilçisində isə Baena fərqlənib.
Bu qələbə ilə Barselona xal sayını 37-yə yüksəldərək turnir cədvəlində liderliyini möhkəmləndirib. Atletiko Madrid isə 31 xalla dördüncü pillədə qərarlaşıb.
