Bakı. Trend:
İngiltərə Premyer Liqasının 14-cü turunda Fulhem öz meydanında Mançester Siti ilə qarşılaşıb.
Trend xəbər verir ki, görüş 5:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Bu nəticədən sonra Fulhem 17 xalla turnir cədvəlində 15-ci, Mançester Siti isə 28 xalla ikinci pillədə qərarlaşıb.
Turun digər oyununda Bornmut Everton-u qəbul edib və qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb.
