Bakı. Trend:
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində daha üç qarşılaşma baş tutacaq.
Trend xəbər verir ki, günün ilk oyununda “İmişli” öz meydanında kubokun son qalibi “Sabah”ı qəbul edəcək.
Bu cütün qalibi 1/4 finalda bu gün keçiriləcək “Karvan-Yevlax” – “Qarabağ” görüşünün qalibi ilə qarşılaşacaq.
Paralel keçiriləcək oyunda “Şamaxı” doğma arenada “Baku Sportinq”lə üz-üzə gələcək. Bu duelin qalibi növbəti mərhələdə “Zirə” ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları bir matçdan ibarətdir.
